HERTZ ENERGY

Məxfilik siyasəti

Yenilənib: 2026-10-16

Hertz Energy LLC («biz») elektromobillər üçün şarj stansiyaları şəbəkəsini və Hertz Energy mobil tətbiqini idarə edir. Bu siyasət hansı məlumatları topladığımızı və onlardan necə istifadə etdiyimizi izah edir.

Topladığımız məlumatlar

  • Telefon nömrəsi — hesaba SMS kodla giriş üçün.
  • Ad, e-poçt və avtomobil — yalnız özünüz daxil etsəniz.
  • Şarj sessiyaları: stansiya, vaxt, enerji (kWh), məbləğ.
  • Balans və ödəniş əməliyyatları: məbləğ, tarix, ödəniş statusu.
  • Saxlanmış bank kartları: yalnız ödəniş provayderinin (FizzaPay) tokeni və maskalanmış nömrə (məs. 402116******0270). Tam kart nömrəsini, CVV-ni və kart məlumatlarını biz görmürük və saxlamırıq.
  • Məkan — yalnız telefonunuzda, xəritədə yaxın stansiyaları göstərmək üçün; serverə göndərilmir.
  • Kamera — yalnız stansiyanın QR kodunu skan etmək üçün; şəkillər saxlanmır.

Məlumatlardan istifadə

  • Şarjı başlatmaq, dayandırmaq və dəyərini hesablamaq.
  • Balansı artırmaq və ödənişləri yoxlamaq.
  • Müştəri dəstəyi, fırıldaqçılığın qarşısının alınması və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi.

Üçüncü tərəflər

  • FizzaPay (fpay.az) — kartla, Google Pay ilə ödəniş və kartların saxlanması.
  • LSIM — SMS kodlarının göndərilməsi (yalnız telefon nömrəsi).
  • Məlumatlarınızı satmırıq və reklam üçün ötürmürük.

Saxlama müddəti və təhlükəsizlik

Məlumatlar hesabınız aktiv olduğu müddətdə saxlanılır. Mühasibat uçotu üçün lazım olan ödəniş və şarj qeydləri hesab silindikdən sonra şəxsiyyəti müəyyən etmədən saxlanıla bilər. Məlumatlar şifrələnmiş (HTTPS) kanalla ötürülür.

Hüquqlarınız

Məlumatlarınıza baxa, onları dəyişə və hesabınızı silə bilərsiniz — tətbiqdə və ya bizə yazaraq. Hesabın silinməsi

Əlaqə